Bizimsesimiz.info // Amerika Müsəlman Birliyi layihəyə 2 milyon 500 min dollar toplamaq üçün “Bir kərpic də sən qoy” (“Bir Tuğla da Sen Koy”) adlı kampaniyaya başlayıb.

ABŞ-ın Nyu-York şəhərində yaşayan türklər tərəfindən maliyyələşdirilən məscid və təhsil mərkəzinin təməlqoyma mərasimi keçirilib.

ABŞ-da yaşayan türklərin qurduğu Amerikanın Müsəlman Birliyi tərəfindən Nyu-Yorkun Lonq Aylend (Long Island) bölgəsində Süleymaniyyə məscidi və Təhsil Mərkəzinin təməlatma mərasimində Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, türk cəmiyyəti fəalı İbrahim Kurtuluş və bölgədə yaşayan türklər iştirak edib.

Layihəyə maliyyə dəstəyi təmin etmək məqsədilə mərasim sahəsində təşkil edilən kermeste dönər, paxlava və börek kimi Türkiyə mətbəxindən müxtəlif qidalar və şirniyyatlar da satışa təqdim olunub.

Amerika Müsəlman Birliyi layihəyə 2 milyon 500 min dollar toplamaq üçün “Bir kərpic də sən qoy” (“Bir Tuğla da Sen Koy”) adlı kampaniyaya başlayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here