O, yanımda oturmuşdu, danışa bilmədim – Putin

Bizimsesimiz.info // 2015-ci ildə ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Flinnlə eyni masada oturmuşdum.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin NBS-yə açıqlamasında deyib.

“RT-nin mərasimində olarkən yanımda bir şəxs otururdu. Çıxış etdim. Bir neçə məsələ barədə danışdıq. Daha sonra oradan ayrıldım. Flinnin təhlükəsizlik xidmətində çalışdığı mənə sonradan deyildi. Olanlar budur. Onunla səmimi söhbət edə bilmədim”, – Kreml rəhbəri bildirib.

Xatırladaq ki, Flinn Rusiya səfiri Sergey Kislyakla görüşməsi iddiaları ilə bağlı ona edilən təzyiqlər səbəbindən fevral ayında istefa verib.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir