ABŞ keçmiş prezidenti İndoneziyaya yola düşüb.

Bizimsesimiz.info İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın keçmiş, yəni 49-cu prezidenti Barak Obama ailəsi ilə birgə İndozeniyaya yola düşüb. O, öz tətilini orada keçirməyi planlaşdırır.

İndoneziyanın Prezidenti Coko Vidodo Yava adasında botanika bağlarının yaxınlığında Ağ Evin keçmiş başçısı üçün bahalı saray ayırıb.

Qeyd edilir ki, Barak Obama hələ də bir sıra müsəlmanların arasında böyük nüfuza sahibdir. Belə ki, onlar hesab edirlər ki, Obama müsəlmanlara meyl göstərir və ksenofobiyanın aradan qaldırılması uğrunda çıxış edir.

Bildirilir ki, Obama uşaqlıq illərinin bir hissəsini İndoneziyada keçirib. Bir zamanlar o, paytaxt Cakarta məktəblərindən birində təhsil alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here