Moderator.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi münasibətilə silsilə yazılarını davam edir.
Cümhuriyyət dövründə dövlət qulluqçusu status daşımasa da, sayılıb-seçilən şəxslərdən biri də milyonçu-messenant Hacı Zeynalabdin Tağıyev olub. Lakin onun Cümhuriyyət dövründəki fəaliyyəti təəssüf ki, araşdırmalardan uzaq qalıb. Bu, özü-özlüyündə çox üzücü faktdır. Çünki Tağıyevin ömrünün sonuncu baharı elə ADR dövrü ilə bağlı idi. Ondan sonra isə el ağsaqqalını çox incidib, hər şeyini əlindən almışdılar. Bir neçə ildən sonra isə özü dünyadan köçmüşdü.
Tağıyevin həyat və fəaliyyətinin  araşdırmaçısı, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov milyonçunun ADR dövründəki fəaliyyəti haqqında maraqlı məqamlara toxunub:
“Təəssüf ki, bizdə belə bir ənənə var: artıq işlənmiş, yazılmış mövzulara daha çox müraciət olunur, nəinki az öyrənilən, tədqiqatçısını hələ də gözləyən mövzulara. Sizin toxunduğunuz mövzu məhz bu qəbildəndir. Tağıyevin Cümhuriyyət dövründəki fəaliyyətinə baxsaq, görərik ki, əvvəlki illərə nisbətən o qədər də aktiv deyildi. Bunun obyektiv səbəbləri var: 1918-ci ilin martında oğlunun faciəli ölümü əlbəttə bütün ailəyə təsirsiz ötüşmədi. Bununla belə, Cümhuriyyətin mövcud olduğu dövrdə Tağıyev xeyriyyə işlərindən, ictimai mahiyyət daşıyan hadisələrdən kənarda qalmayıb. Təkcə onun toxuculuq fabrikinin ölkənin iqtisadi həyatındakı roluna baxmaq kifayət edər. Toxunduğunuz mövzuya dair mən tədqiqatlara artıq başlamışam, inşallah, bu il yekunlaşdıraram”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here