Ölkədə 228,2 milyon manatlıq tikinti materialı istehsal olundu
Bizimsesimiz.info // Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 38,5 faiz artıb.
Bu ilin iyul ayının 1-nə istehsal olunan məhsulun ümumi dəyəri 228,2 milyon manat təşkil edib.
Sement istehsalı 23,0 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 3,0 dəfə, şüşə lifindən ipliyin istehsalı 11,7 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 25,7 faiz artıb.(moderator.az)