Ölkəni 41 il idarə edən şəxsin nəvəsini tuturlar

Bizimsesimiz.info // Albaniyanın məşhur kommunist lideri Ənvər Xocanın nəvəsi Ermal Xoca 13 il azadlıqdan məhrum edilə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb.

Qeyd edək ki, Ermal Xoca 2015-ci ilin yanvarında həbs olunub. O, Qərbi Avropa ölkələrinə kokain ötürən cinayət qruplaşmasının yaradılmasında ittiham olunub. Xoca ilə bərabər cinayət işində daha 8 nəfər ittiham olunur.

Ənvər Xoca Albaniyanın məşhur kommunist lideridir. O, Albaniyanı 1944-cü ildən 1985-ci ilə qədər idarə edib.