Ölkənin ilk qadın prezidenti istefa verdi

Bizimsesimiz.info  // Şərqi Afrikadakı ada ölkəsi Mauritiusda 2015 prezident seçkilərində qazanaraq ölkənin ilk qadın dövlət başçısı olan Əminə Qurib-Fakim (Ameenah Gurib-Fakim) haqqındakı korrupsiya iddialarına görə vəzifəsindən istefa verib.

Vəkili Yusif Məhəmmədin verdiyi məlumata görə, “Əminə Qurib-Fakim bu qərarı ölkənin maraqlarına görə verdi”.

Konstitusiya böhranının qarşısını almaq üçün istefa verdiyini bildirən Ə.Qurib-Fakim haqqındakı korrupsiya iddialarını rədd edir. O, qəti şəkildə heç kəsdən və heç bir qurumdan pul və ya qiymətli hədiyyə almadığını bildirir.

Qeyd edək ki, dünya miqyasında tanınan bioloq-alim Əminə Qurib-Fakim bir il əvvəl “Planet Earth Institue” (PEI) adlı qeyri-hökumət təşkilatının kredit kartından istifadə edərək şəxsi ehtiyacları üçün mübadilə aparmaqda günahlandırırır.

Ə.Qurib-Fakimin istefası 23 martdan qüvvəyə minəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir