Bizimsesimiz.info // “İraqın şimalında ikinci İsrail yaratmağa imkan verməyəcəyik”, – bunu ABŞ-ın İraqdakı səfiri Duqlas Sillimanla görüşdə İraq prezidentinin köməkçisi Nuri əl-Maliki sentyabrın 25-nə planlaşdırılmış və İraq Kürdüstanının müstəqilliyi üzrə keçiriləcək referendum barədə danışarkən deyib.

Əl-Malikinin sözlərinə görə, referendum nə İraq, nə də kürd xalqlarının mənfəətinə xidmət etməyəcək və eyni zamanda, legitim hesab olunmayacaq.

İraqın baş naziri Heydər əl-Abadi isə öz növbəsində bildirib ki, referendum Konstitusiyaya ziddir və onun nəticələri heç kim tərəfindən tanınmayacaq. // virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here