“Ömrünün qalan günlərini zirzəmidə keçirsin…” – Zelenskinin Putinə “arzusu”

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın vitse-kansleri Robert Qabek və digər yüksək çinli Avropa məmurları ilə birgə Çerniqov vilayətinin Yaqodnoye kəndini ziyarət edib. Səfər kəndin Rusiya işğalından azad edilməsinin ildönümü ilə əlaqədar olub.

Ukrayna Prezidenti qonaqlarla birgə kənd əhalisinin işğal zamanı həbsdə saxlandığı və işgəncə verildiyi zirzəmilərə baş çəkib. Məlum olub ki, bu zirzəmilərdə insanlar günlərlə ac-susuz, tualetsiz yaşayıblar. Kənddə həmin vaxt cəmi 400 nəfər yaşayıb ki, onların da uşaqlar da daxil olmaqla 370-i işğalçılar tərəfindən zirzəmiyə salınıb, işgəncəyə məruz qoyulublar. Onlardan 11 nəfəri qətlə yetirilib.

Zirzəmilərə baş çəkən Zelenski Rusiya Prezidenti Vladimir Putinə öz “arzusunu” çatdırıb: “Bütün bunları görəndən sonra bir şey əlavə edə bilərəm: Rusiya Prezidentinə arzu edə bilərəm ki, həyatının qalan günlərini zirzəmidə və tualet yerinə verdə ilə keçirsin…”

5 COMMENTS

  1. My programmer is trying to persuade me to move to .net from PHP. I have always disliked the idea because of the costs. But he’s tryiong none the less. I’ve been using Movable-type on several websites for about a year and am concerned about switching to another platform. I have heard great things about blogengine.net. Is there a way I can transfer all my wordpress posts into it? Any kind of help would be greatly appreciated!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir