“Efirdən vulqar ifadələr səsləndirən aparıcılar, tez-tez küçə danışıqlarına yer verən verilişlər izlənilir. Həmin aparıcılar və verilişlər Milli Televiziya və Radio Şurasının (MTRŞ) xüsusi diqqət mərkəzindədir”.
Bizimsesimiz.info xəbər verir ki, bu sözləri movqe.az-a açıqlamasında MTRŞ-nın Monitorinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov söyləyib. T.Dadaşov bildirib ki, efirdə nalayiq ifadələrin, jarqon danışıqların monitorinqi davamlı olaraq aparılır: “Belə verilişlər, aparıcılar xüsusi diqqətimizdədir. Çünki MTRŞ tərəfindən bu cür neqativ məqamların hər biri monitorinq zamanı qeydə alınır”.

T. Dadaşov “Maşın” realiti şousunda da küçə danışıqlarının, vulqar ifadələrin verilişin aparıcısının yox, iştirakçıların dilindən səsləndiyini qeyd edib: “”Maşın” realiti şousunda da çox təəssüf ki, aparıcı olan şəxslər efirdən vulqar ifadələr səsləndirirlər. Əvvəllər xəbər aparıcısı olmuş Vüsalə Kərimova, Ülviyyə Alovlu vaxtilə aparıcılıq edən şəxslərdir. Onların efirdən bayağı ifadələr səsləndirməsi təəssüf doğurur. Halbuki onlar özləri şouda danışıqları, davranışları ilə bir nümunə olmalıydılar”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here