Bizimsesimiz,info

Osmanlı türk imperiyası türklərin tarixi nüfuz dairəsi baxımından ən böyük nailiyyəti olub, ən geniş ərazini əhatə edir. 623 il davam edən bu böyük imperiya Aralıq dənizi və Qara dənizi əhatə edən Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və 1517-ci ildən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, dövlət Afrikada 395 il (1517-1912), Avropada 561 il (1363-1912;1913-1922), Asiyada bütün ha-kimiyyəti boyu (623 il) qalmışdır.

Bəylikdən imperiyaya
Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Bəzi tarixçilərə görə, Osmanlı dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazidir. Türkiyənin “TRT-1” kanalından yayımlanan “Diriliş Ərtuğrul” filmi məhz buna əsaslanır. Digər mənbələrdə onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alp bəyliyin əsasını qoymuş şəxslər kimi tanınır. Bu adlı-şanlı ailə oğuz türklərinin 24 boyunun ən nüfuzlularından olan QAYI tayfa ittifaqının başçısı idi. Osman bəyin atası Ərtuğrul Qazi, Səlcuq sultanı Əlaəddin tərəfindən Bizans sərhədinə “uc bəyi” olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söyüdlü qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlcuqlu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhədini qorumaq və xristianlara qarşı müharibə etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtuğrul Bəy 1281 (1282)-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına baxmayaraq, çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Ağıllı siyasət Osman Ağaya yeni ərazilər qazandırdı. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursa və İzniki də fəth etdi. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman bəy Bursanı fəth etdiyi ildə, 1326-cı ildə vəfat etdi.

Osman Qazi 1326-ci ildə vəfatı nəticəsində yerinə oğlu Orxan Qazi keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. Orxan Qazi qoşunu toplayaraq Ankara üzərinə hücum etdi və şəhəri geri aldı Orxan Bəy də fəthlərə davam etdi. Bizanslılardan İznik və Kocaelini aldı. İznik savaşının gedişində qalanın yardımına gələn Bizans ordusu məğlub oldu və Qarasi bəyliyi, Osmanlıların əlinə keçdi. Bizans İmperatoru olmaq istəyən Kantakuzenosa yardım göndərildi. Sonra ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və Təkirdağ ələ keçirildi. Ankara alındı. Osmanlı Dövlətində pul ilk dəfə bu dövrdə kəsildi. Bunun nəticəsində ilk Osmanlı zərbxanaları yaradıldı.

Qərbi Kaspi Universtetinin Tətbiqi Politologiya Mərkəzinin Tarixçilər Qrupunun araşdırmaçısı Murad Əliyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here