Otlardan hörülmüş körpü – FOTO

Perunun Kanas və Kusko əyalətlərinin sakinləri dərin dərə üzərindən otlardan hörülmüş körpü salıblar.

 Bizimsesimiz.info AZƏRTAC-a istinadla bildirir ki, uzunluğu 36 metr olan körpü əlaqəsi kəsilmiş bir neçə kəndi birləşdirir. Qadınlar quru otlardan kəndir hörərək bu işdə kişilərə kömək ediblər.

Körpünün quraşdırılmasında kəndlərin 1000 nəfərə qədər sakini iştirak edib. Maraqlıdır ki, bütün proseslər yalnız əllə, xüsusi mexanizm olmadan görülüb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir