Cabir radıyallahu anhu Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Nəzər insanı qəbirə, dəvəni qazana salar”. (İbn Hibban: 2/107) Yəni nəzər dəyən adam ölər, onu qəbirdə basdırarlar, nəzər dəyən dəvəni isə ölməmiş tez kəsərlər.

Çox zaman fikir verməsək də, əslində nəzər, gözdəymə çox ciddi fəsadlara gətirib çıxarır. Hətta anında öldürə də bilir. Biz uşaqları bəzəyib bayıra çıxarmağı, ya da qəşəng şəkil və videolarını çəkib başqalarına göndərməyi, profillərə qoymağı xoşlayırıq. Amma heç nəzərə gələ biləcəklərini düşünmürük. Halbuki sahabələr gözəl uşaqların üzünə kömür sürtərdilər ki, çirkin görünüb, nəzərə gəlməsinlər.

Mütəqaddim alimlərdən olan Hafiz əl-Bəğavi rahiməhullah “Şərhu’s-sunnə” əsərində qeyd edir ki, Osman ibn Əffan radıyallahu anhu çox gözəl bir uşaq görür və onun nəzərdən qorunması üçün valideyninə deyir ki: “Bu uşağın çənəsinə qara boya sürtərək gözəlliyini gizlədin”.

Bəzən “səbəbsiz” yerə uşaqlar pis vəziyyətə düşür, qızdırma, qusma, ishal, çığırıb ağlamaq və s. Amma nəzərdən bu hala düşə biləcəkləri ağlımıza gəlmir. Ən doğrusunu Allah bilir. Əlhəmdulilləh, Allah bizi çarəsiz qoymayıb. Sünnətdə nəql olunduğu kimi Peyğəmbərimiz salləllahu əleyhi və səlləm nəvələrinə oxuduğu dua var. Həmin dualar oxunduğu gün o uşaqlar Allahın himayəsi altında olar və heç bir şeytan, zərərli həşərat və bədnəzər onlara zərər verə bilməz. Allah Rəsulu salləllahu əleyhi və səlləm nəvələri Həsən və Hüseynin radıyallahu anhuməni nəzərdən qorunmaları üçün bu duanı oxumuşdur:

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَ هَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[Ui’zukumə bikəlimətilləhi`t-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh] (Buxari: 4/119)

(Hər bir şeytan, hər bir zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allah`ın tam kəlmələrinə həvalə edirəm)

Dua uşaqların say və cinsindən asılı olaraq belə oxunur inşəAllah:

◆ Bir oğlan uşağı üçün:

اُعِيذُكَ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَ هَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

 [Ui’zukə bikəlimətilləhi`t-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆ Bir qız uşağı üçün:

اُعِيذُكِ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَ هَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[Ui’zuki bikəlimətilləhi`t-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆ İki uşaq üçün:

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَ هَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[Ui’zukumə bikəlimətilləhi`t-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆ Daha çox uşaq üçün cəm forması :

اُعِيذُكُمْ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَ هَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[Ui’zukum bikəlimətilləhi`t-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

Öyrənək və başqalarına da öyrədək. Abdullah ibn Mübarək rahiməhullah demişdir: “Mən peyğəmbərlik dərəcəsindən sonra elmi yaymaq qədər fəzilətli bir dərəcə tanımıram”. (Təhzibu`l-Kəməl: 16/20)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here