Öz zənci vətəndaşının qatili olan ABŞ təzminata məcbur edildi

Bizimsesimiz.info // Amerika Birləşmiş Ştatları Vaşinqtonda polis tərəfindən oğlunun gözü qarşısında vurularaq öldürülən silahsız zəncinin ailəsinə təxminən 15 milyon dollar təzminat ödənəcək.

“Seattle Times”ın xəbərinə görə, Federal Məhkəmə 2013-cü ildə kəskin nişançı çavuş Brian Markert tərəfindən polislə arasında çıxan mübahisə zamanı vurularaq öldürülən Leonard Tomasın ailəsinə təxminən 15 milyon dollar təzminat ödənilməsi üçün qərar verdi.

Yeddi nəfərdən ibarət Federal Münsiflər Heyəti 4 yaşlı oğlunun gözləri qarşısında öldürülən Tomasın hüquqlarının pozulduğunu bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir