Özbəkistan prezidenti Şövkət Mirziyayev Tacikistana səfər edib

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
 Mirziyayevi Düşənbə hava limanında İmaməli Rəhman qarşılayıb. Hava limanından görüşün keçiriləcəyi yerə hərəkət edən prezidentlərin kortejini 12 min tələbə və məktəbli salamlayıb.
Qeyd edək ki, bu, Özbəkistan prezidentinin 2000-ci ildən sonra Tacikistana ilk səfəridir. Rəhman isə sonuncu dəfə Özbəkistana 1998-ci ildə səfər edib.
Tacikistanla Özbəkistan arasında uzun illərdir həll edilməyən problemlər mövcuddur. Tərəflər hələ də regional sular və enerji resurslarının bölüşdürülməsində problemlər yaşayır. Qonşu olmalarına rəğmən, iki ölkənin ticarət dövriyyəsi cəmi 126 milyon dollar təşkil edir. İki ölkə yalnız 26 ildən sonra bir-birinin ərazisinə 5 günlük vizasız səyahətə razılıq verib.(axar.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here