Özbəkistan ilk dəfə qızıl və valyuta ehtiyatını açıqladı

Bizimsesimiz.info  // Özbəkistanın ilk dəfə açıqladığı noyabr ayının 1-nə qədər olan qızıl və valyuta ehtiyatı…

Özbəkistan Mərkəzi bankının sədr müavini Teymur İşmətov mövzuya dair Daşkənddə təşkil etdiyi mətbuat konfransında ölkənin valyuta sistemində üzən məzənnə rejiminin tətbiq edilməyə başlandığı sentyabr ayından bəridir qızıl, valyuta ehtiyatlarının 750 milyon dollar artdığını bildirib.

İşmətov Özbəkistanın noyabr ayının 1-nə qədər olan qızıl və valyuta ehtiyatının 26 milyard dollar olduğunu qeyd edib.

Ölkədə 2,5 ay əvvəl üzən məzənnə rejiminə keçilməsindən bəridir bankların 915 milyon dolları ixrac edən şirkətlərdən, 644 milyon dolları isə xüsusi şəxslərdən olmaqla cəmi 1,5 milyard dollar məbləğində valyuta satın aldığını vurğulayan İşmətov bu dövrdə valyuta məzənnəsi üzərindən hüquqi şəxs və müəssisələrə 1 milyard 766 milyon dollarlıq valyuta satıldığı bildirilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.