“Özlərini xalqın dəstəyinə deyil,Qərbin dəstəyinə hazırlayırlar”

Hələki ölkə siyasətində özünübəyəndirmə yarışı gedir.Belə bir yarışı aparanların da, özünübəyənmə xəstəliyi var. Özünü bəyənmiş bir çox “dəstələr” var ki,tısbağa kimi çıxdıqları qınlarını bəyənmir,xalqın ünvanına həqarət edir,Xalqın yox səviyyədə olduğu barədə ironik yanaşmalarla özlərini “ağıllı” sayır,xalqın əfəndisi olmaq həvəsinə düşürlər.Xalqı savadsız hesab edən bu əbləhlər elə hesab edirlər ki, başlarını soxduqları kollar da, açıqda qalan quyruqları da görsənmir.Xalqdan, vətəndən,dövlətdən danışmağı pafos hesab edir,özlərini avropasayağı “mütəfəkkir” hesab edirlər.Dünyaya özlərini ağıllı, xalqımizi isə çoban-çoluq kimi tanıdırlar. Yox başları ilə hesab edirlər ki,xalqdan yox,Qərbdən dəstək alıb hakimiyyətə gələcəklər.Özlərini xalqın dəstəyinə deyil,Qərbin dəstəyinə hazırlayırlar.Qərbin verdiyi təlimatlarla məhdudiyyət içərisində fəaliyyət göstərib özlərini azadlıq carçısı hesab edirlər. Özlərini savadlı göstərmək üçün, 5-10 “importnu” kitab əzbərləyib tutuquşu kimi ötərək “savadlarını” gözə soxmağa cəhd edirlər..Qarabağ məsələsində,xalqın ümidini qırmağa xidmət edərək,bu barədə söhbət düşəndə “müdrikcəsinə” qımışmaqla , ” bu beynəlxalq məsələdir” deyərək ölkəmizə qarşı olan beynəlxalq güclərə tulalıq etməkdən çəkinmirlər. Tam bağımsızlıqdan söhbət düşəndə,müstəmləkəçi güclərdən aldıqları təlimatlarla “ağıllı-ağıllı” danışıb bunun mümkünsüzlüyünü cəmiyyətə sırımaqla, cəmiyyətin özünümüdafiə əzmini qırmağa xidmət edirlər.Mövcud hakimiyyətə qarşı ideoloji savaş, fərqli,sağlam düşüncə tərzinin,yeni təfəkkürün hakim olması istiqamətində savaş aparmaq əvəzinə,sosial-iqtisadi narazılıqları tutuquşu kimi sadalayırlar,heç bir təsir göstərə bilməyəcəkləri məmur özbaşınalığını “qabartmağı” “böyük siyasi cəsarət” olduğunu insanlara sırıyırlar. Cəmiyyətimizdə yaradılmış iyrəncliklərin,hüquqsuzluqların, özbaşınalıqların səbəbini-hakimiyyəti aradan qaldırmaq istiqamətində iş aparmaq əvəzinə,nəticələri sadalamaqla onun üzərində “qəhrəmanlıq” qazanmaq uğrunda yarış aparırlar, “bunlar möhkəm oturublar” təbliğatı ilə hakimiyyətin yenilməzliyini təbliğ edib, xalqı ümidsizliyə sövq edirlər. Hakimiyyətdən bəhrələnib,hakimiyyətdəkilərin ciblərinin pulunu “saymağı” siyasət olduğunu cəmiyyətə sırıyırlar.Sağlam cəmiyyətin formalaşması istiqamətində maarifləndirmə işi aparmaq əvəzinə,aldada biləcəkləri kütlələrin “ovuna” çıxırlar, onlara yanlış təfəkkür aşılamaqla məşğul olurlar. Bununla da insanlar arasında ruh düşgünlüyü yaratmaqla, imperialist güclərin niyyətinə və onların qurduğu hakimiyyətin ömrünün uzanmasına nökərçilik edirlər.Cəmiyyətə demokratik düşüncə tərzini deyil, özlərinin avantürist fikirlərini aşılamağa cəhd edirlər.Demkokratiyanı,milli mübarizəyə itaətsizlik kimi təbliğ edib, vətəndaş həmrəyliyinin formalaşmasına,xalqın təşkilatlanmasına əngəllər yaradırlar.İnsanları ideoloji sistemin deyil, şəxslərin arxasınca getməyə çağrış etməklə şəxsiyyətə pərəstiş xəstəliyinin köklərini qoruyurlar. Verdikləri məsuliyyətsiz “siyasi “proqnozlar” la fırıldaqçı falçılıqdan fərqlənmirlər. Sosial şəbəkələrdə,”layk”ların sayının yarışını aparmaqla dəstələşmə aparır, öyünür, özünübəyənmə xəstəliklərindən “həzz” alırlar. Bu kimi siyasi “şayka”lar, Azərbaycan xalqından, Azərbaycandan və Azərbaycan dövlətindən başqa hər cür işə qulluq edirlər. Ölkəmizə qarşı aparılan təxribatın maşası olub, vətəndaş cəmiyyətinin formalaşmasına əngəl olur, mövcud rejimin ömrünün uzanmasına xidmət edirlər.Bunların içərisində, hər cür mütəxəssis, bir neçə dil bilən “savadlılar”, elmi dərəcəsi olan “alimlər” də vardır. Bununla da,şayka halında xalqa qarşı fəaliyyət göstərən belə xəstəbaşlılar,təkcə xalqa,vətənə və dövlətlətə deyil,özlərinə, öz ailəsinə,öz övladına da xəyanət edirlər. Yuxarıdakı bütün qeyd olunanlarla, bu sətrləri oxuyan hər kəs hər gün rastlaşır,ama əhəmiyyət vermədən ötür. Sayığılı və dəyərli insanlardan umulur ki, həm qərbin, həm şərqin,həm, şimalın,həm də cənubun ölkəmizdə dil-dil ötən tutuquşularına biganə qalmasınlar, onları hər məqamda təqib edib susdursunlar. Bütünlükdə tarixi təcrübələrdən məlum olub ki, dünyanın hər yerində,o xalqlar normal yaşayırlar ki,həmən xalqların vətəndaş həmrəyliyi yaranır,milli iradəsi müəyyənləşir,güclü cəmiyyətləri ərsəyə gəlir və bütün bunların əsasında xalqabxidmətkar hakimiyyəti, qüdrətli dövləti olur.

Aydın Şükür

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.