Bizimsesimiz.info  // Pakistan ABŞ-dan yardım istəməyəcəyi barədə bəyanat verib.

Belə ki, bu ölkənin xarici işlər naziri Həvacca Məhəmməd Asif bəyan edib ki, Pakistan heç vaxt öz milli maraqlarından geri çəkilməyəcək və ABŞ-dan dəstək istəməyəcək.

Pakistanlı nazir parlamentin yuxarı palatasının beynəlxalq əlaqələr komitəsində çıxışı zamanı bildirib ki, Pakistan ABŞ-ın hərbi və siyasi rəhbərliyinə aşkar şəkildə bəyan edib ki, onların heç bir yardımına ehtiyacları yoxdur.

Xatırladaq ki, bir müddət öncə ABŞ Pakistana hərbi maliyyə yardımını dayandırdığını bəyan edib.

Buna cavab olaraq Pakistan kəşfiyyat və hərbi sahələrdə ABŞ-la əməkdaşlığı dayandırıb. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here