Bizimsesimiz.info  // Pakistan və Hindistan əsgərləri arasında qarşıdurma baş verib. Hadisədə 4-ü hind əsgəri, 2-si Pakistanlı dinç sakin olmaqla 6 nəfər həyatını itirib.

Pakistan ordusunun mövzu ilə bağlı bəyanatında bildirilib ki, qarşıdurma Hindistan əsgərlərinin Azad Kəşmir ərazisində yerləşən Nezapir bölgəsinə atəş etmələri nəticəsində baş verib. Hadisədə 2 Pakistanlı həyatını itirib 6 dinc sakin yaralanıb. Pakistanlı əsgərlərin cavab hücumu nəticəsində 4 Hindistanlı əsgər ölüb, ikisi yaralanıb.

Qeyd edək ki, Pakistan-Hindistan arasındakı sərhəd keçidlərində qarşıdurmaların artdığı qeydə alınıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here