Pakistanda terror: 5 nəfər ölüb
Bizimsesimiz.info // Naməlum şəxslər avtomobili atəşə tutaraq hadisə yerindən qaçıblar.
Pakistanın Kvetta şəhərində yerli şiə müsəlmanlara məxsus avtomobil gülləbaran edilib. Bizimsesimiz.info islam.az saytına istinadla xəbər verir ki, silahlı hücumda maşında olan 4 nəfər və yaxınlıqdan keçən 1 nəfər həlak olub. Yoldan keçən iki nəfər isə yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisəyə görə hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib.