Pakistanın Sind əyalətinin planlama və inkişaf naziri Mir Xəzər Xan Bijarani və arvadı Fəriha Razaq evlərində ölü olaraq tapılıb.

Oxu.Az xəbər verir ki, hadisə cütlüyün gün boyu evdən çıxmamasının fərq edilməsindən sonra ortaya çıxıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Onların cəsədlərinin evin yataq otağında tapıldığı və qapının kilidli olduğu bəlli olub. Cəsədlərdə mərmi izlərinə rast gəlinib. Hadisənin qətl, yoxsa intihar olduğu məlum deyil.

Nazir və arvadının cəsədləri morqa aparılıb. Bijaraninin üzvü olduğu Pakistan Xalq Partiyası ölüm faktını təsdiqləyib.

Bijarani keçmiş vəkil olub. O, 2013-cü il seçkilərində partiyanın Sind Əyalət Məclisinə deputat seçilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here