Parisdə irqçi nümayişlər qadağan edildi

Bizimsesimiz.info // Fransanın paytaxtı Parisdə bir təşkilatın keçirəcəyini elan etdiyi irqçi və İslam əleyhinə nümayiş valilik tərəfindən qadağan edilib.

Etiraz edənlərdən 15-i nəzarətə götürülüb. Bunu Paris Əmniyyət İdarəsi bildirib.

İdentifikator Nəsli (Generation İdentitaire) adlı irqçi və İslam əleyhdarı təşkilat ölkənin bir çox şəhərində kampaniyalar başlamış və paytaxt Parisdə böyük bir aksiyanın keçiriləcəyini bildirmişdi. Nümayişin qadağan olunmasına baxmayaraq, Parisin çoxsaylı bölgəsində toplanan ağ irqçi və avropalı üstünlüyünü müdafiə edən qruplar şüarlar ataraq polislə qarşı-qarşıya gəlib.

Digər qrup da Eyfel qülləsi yaxınlığındakı Mott Pikett Qrenel (La Motte-Piquet-Grenelle) metro dayanacağında toplaşıb, amma polisin müdaxiləsilə dağıdılıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.