Parisin bilinməyən “üzü” – Yoxsulluğun əks olunduğu kadrlar – FOTOSESSİYA

Paris deyəndə çoxlarının ağlına Eyfel qülləsi, qeyri-adi, ləzzətli yeməklər, dəbdəbəli paltarların satıldığı mağazalar gəlsə də, tanınmış fotoqraf son fotosessiyası ilə bu oturuşmuş düşüncə tərzini dəyişdirmək istəyib.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, Çexiyanın paytaxtı Praqada yaşayan fotoqraf Deyvid Tesinki Parisi fərqli şəkildə fotosessiya edib. O, fotolarında şəhərdəki lüks yerləri yox, yoxsulluğu əks etdirib.

“Mən bir çox ölkələrdə olmuşam. Oralarda evsiz, küçədə yatan çox adam görmüşəm. Amma Paris… burada qaçqınlar həddindən artıq çoxdur və onlar küçədə yatırlar. Hətta onların arasında uşaqlar da var və bu, insanı narahat edir.

Şəklini çəkdiklərimin çoxu ilə dost oldum. Lakin birinin şəklini çəkəndə üstümə gəldi və qulaqcıqlarımı atdı. Bunun səbəbini soruşanda “Yaşadıqlarımızı hiss etmədən o anları kadra köçürmək çətin olacaq”, – deyə izah etdi”, – Deyvid Metro-ya müsahibəsində söyləyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir