French military patrol near the Eiffel Tower the day after a series of deadly attacks in Paris , November 14, 2015. REUTERS/Yves Herman

Bizimsesimiz.info // Fransa prezidenti Emmanuel Makron Trampın şərəfinə 13 iyul axşamı Eyfel Qülləsinin ikinci mərtəbəsindəki “Jules Verne” restoranında şam yeməyi qonaqlığı təşkil etdiyi üçün günortadan başlayaraq qüllə qonaqları qəbul etmir.

Fransanın paytaxtı Parisin simvolu Eyfel Qülləsi Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın səfəri və 14 iyul Milli Gün mərasimlərilə bağlı qapılarını şənbə gününə – 15 iyula qədər gələnlərin üzünə bağladı.

Fransa prezidenti Emmanuel Makron Trampın şərəfinə 13 iyul axşamı Eyfel Qülləsinin ikinci mərtəbəsindəki “Jules Verne” restoranında şam yeməyi qonaqlığı təşkil etdiyi üçün günortadan başlayaraq qüllə qonaqları qəbul etmir.

14 İyul Milli Gün münasibətilə axşam ənənəvi olaraq hava fişəngləri Eyfel Qülləsindən atıldığı üçün qüllə bu tarixdə də bağlı qalacaq.

ABŞ prezidenti D.Tramp Fransanın 14 İyul Milli Günü tədbirləri çərçivəsində “Champs-Elysees” meydanında keçiriləcək hərbi parad mərasimini fransalı həmkarı E.Makronla birlikdə izləyəcək. Bu hərbi paraddan Fransa əsgərlərilə yanaşı Amerika əsgərləri də keçəcək.

Qeyd edək ki, Eyfel Qülləsinə hər il təxminən 7 milyon turist gəlir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here