Parislilər Netanyahunun səfərinə etiraz edir

İsrail Baş naziri Benyamin Netanyahunun səfərinə qarşı Fransanın paytaxtı Parisdə etirazlar baş qaldırıb.

Bizimsesimiz.info axar.az saytına istinadən xəbər verir ki, etirazçılar mərkəzi Respublika meydanında yəhudi baş nazirin əleyhinə şüarlar səsləndirib və plakatlar qaldırıblar.

Nümayişçilər İsrailin Fələstin ərazilərində qeyri-qanuni yaşayış sahələrinin inşasını dayandırmağı tələb ediblər.

Qeyd edək ki, sabah Netanyahunun Parisə səfəri gözlənilir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir