Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Bizimsesimiz.info-nun Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 315 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edilib.

Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here