Pentaqon Əbubəkr Bağdadinin sağ olduğunu təsdiq edib
Bizimsesimiz.info // Pentaqon İŞİD lideri Əbubəkr Bağdadiyə aid olduğu iddia edilən səs yazısını aşardırdıqlarını və həqiqi olduğunu müəyyən etdiklərini açıqlayıb.
SalamNews-un xarici KIV-lərə istinadla verdiyi məlumata görə, Pentaqonun Yaxın Şərq üzrə sözçüsü Erik Pahon səs yazısının Bağdadinin sağ olduğunu sübut etdiyini qeyd edib.
ABŞ kəşfiyyatının səs yazısını haradan əldə edilib-edilmədiyi ilə bağlı sualı cavablandırmayan Pahon “Bağdadinin yerini hamıdan çox bilmək istəyirik”, – deyib.
Ötən ay Bağdadiyə aid olduğu iddia edilən 46 dəqiqəlik səs yazısı yayımlanıb. Səsdəki şəxsin yaxın zamanlarda baş verən hadisələrdən danışması yazının köhnə olmadığını düşünməyə səbəb olub.