Bizimsesimiz.info  // Almaniyanın Frankfurt şəhərində PKK terror təşkilatı tərəfdarları məscidə hücum edib.

“Diyanət İşləri Türk İslam Birliyi”nə (DİTİB) bağlı “Əyyub Sultan” məscidinə səhərə yaxın təşkil olunan hücumda məscid qapısına təhdid mesajı yazılaraq, qapı boyayla çirkləndirilib.

Hücum məscid dərnəyinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Hücumdan sonra məscid rəhbərliyinin əlaqə yaratdığı polisin hadisə ilə bağlı istintaq başlatdığı bildirilib.

Xatırladaq ki, Almaniyanın Şimali Ren Vestfal əyalətində “Minden DİTİB Yaşıl” və Saksoniya əyalətində “Leypsiq DİTİB Əyyub Sultan” məscidinə 20 və 21 yanvarda da terror təşkilatı tərəfindən oxşar şəkildə iki ayrı hücum təşkil edilmişdi.

Hollandiyanın Rotterdam şəhərindəki “Geylani Xidmət Vəqfi”nə bağlı bir məscidə də iki gün əvvəl oxşar hücum həyata keçirilmişdi. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here