Poroşenkodan ilk Saakaşvili – Açıqlaması

Moskva hədəflərinə çatmaq üçün sərf etdiyi qüvvəyə heyifsilənmir.

Axar.az xəbər verir ki, bunu Lvovda jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“Bizi artıq güclə almaq olmaz. Ona görə ki, düşmən daha çox kürəyimizdən vurulmağımız, daxildən parçalanmağımız üçün yatırım edir. Moskva hədəflərinə çatmaq üçün sərf etdiyi qüvvəyə heyifsilənmir. Məni təəccübləndirmək çox çətindir. Lakin dünən gördüyümüz və eşitdiklərimiz bütün ölkəni təəccübləndirdi. Mən Baş Prokurorluq və Təhlükəsizlik Xidmətinə dövlətin milli maraqlarının müdafiəsi üçün apardıqları peşəkar fəaliyyətə görə təşəkkür edirəm. Moskvanın maliyyələşməsini bilən xalq Rada qarşısındakı düşərgədən imtina etdi. Prezident və hökumət insanların dinc etiraz haqqına hörmət edir. Rada qarşısında düşərgəni təşkil edənlər qan istəyirdilər və güc qüvvələrini provokasiyaya çəkirdilər, amma onlar buna getmədilər. Ordu düşmənin daxilimizdə olması üçün cəbhədə döyüşmür”, – deyə o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.