Bizimsesimiz.info // Portuqaliya parlamentinin Türkiyə Silahlı Quvvələrinin Suriyanın Afrin bölgəsində apardığı Zeytun Budağı Hərəkatına dair açıqlamasına Türkiyə cavab verib.

Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir:

“Portuqaliya parlamenti Zeytun Budağı Hərəkatına dair 29 martda verdiyi açıqlamada maddi və hüquqi səhvlərlə yanaşı, gerçəklikdən uzaq ittihamlarla doludur. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu qarşısında çarəsiz qalan PYD/YPG terror təşkilatının diktəsilə yazıldığı açıq görünən bu mətnin ciddi qəbul edilməsi mümkün deyil. Portuqaliya parlamentinin bir terror təşkilatının təbliğatına alət olmağa icazə verməsi təəssüf doğurur. Bu mətn qopuq ideoloji korluq içində qələmə alınıb və Portuqaliya parlamentinin nüfuzuna xələl yetirməkdən başqa bir təsiri olmayacaq.

Zeytun Budağı Hərəkatı Türkiyənin sərhəd və milli təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq hüquq əsasında aparılan terrorla mübarizə hərəkatıdır. Bu hərəkat vətəndaşlara və mülki infrastruktura zərər verilmədən aparılır. Terror təşkilatının qara təbliğatının iddiaları əsassızdır. Həqiqətdən bixəbər olduğu anlaşılan Portuqaliya parlamentini Türkiyə əleyhinə dezinformasiya fəaliyyətlərinə ciddi yanaşaraq terroru dəstəkləmək əvəzinə ölkəmizin terrorizmlə mübarizə səylərini dəstəkləməyə və terrora qarşı həmrəylik nümayiş etdirməyə dəvət edirik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here