Prezident 8 generalı istefaya göndərdi – ADLAR
Rusiya prezidenti Vladimir Putin 8 generalı istefaya göndərib.
Enter.News “RİA Novosti”yə istinadən xəbər verir ki, Vladimir Putin Daxişi İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Federal Penitensiar Xidmətin 8 generalının vəzifədən azad olunması ilə bağlı sərəncam imzalayıb.
Məlumata görə, işdən çıxarılan generalların yerinə yeni təyinatlar olub.
İstefaya göndərilən generallar:
1. DİN-in Baş Nəqaliyyat İdarəsi rəisinin müavini, polis general-mayoru Andrey Andreyev.
2. DİN-in Nəzarət-Yoxlama İdarəsinin rəisi, general-mayor Yevgeni Barikayev.
3. FHN-in Sverdlovsk üzrə baş idarəsinin rəisi, general-mayor Andrey Zelenskiy.
4. DİN-in Kamerov ərazisi üzrə Baş idarəsinin rəisi, polis general-leytenantı Yuri Larionov.
5. Tıva Respublikasının daxili işlər naziri, plis general-mayoru Aleksandr Lobanov.
6. Federal Penitensiar Xidmətin Rostov ərazisi üzrə baş idarəsinin rəisi, general-leytenant Serqey Smirnov.
7. DİN-in Kamerov ərazisi üzrə baş idarəsinin rəis müavini, istintaq idarəsinin müdiri general-mayor Vladimir Şepelin
8. DİN-in İstintaq departamenti rəisinin birinci müavini, general-leytenant Yuri Şin.