Bizimsesimiz.info // Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

SalamNews xəbər verir ki, “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Dövlətimizin başçısı zavodu işə saldı.

Məlumat verildi ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə quraşdırılan müasir avadanlıq keyfiyyətli məhsul əldə etməyə imkan verir. Quraşdırılan avadanlıq dünyanın bu sahədə aparıcı şirkətlərinin məhsuludur. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır. Zavodda 3 növbə üzrə 24 saatlıq rejimdə fəaliyyət göstərən 180 yerlik yeməkxana inşa edilib.

Zavodun ərazisində geniş abadlıq işləri aparılıb, 38 min kvadratmetr sahədə yaşıllıq sahəsi salınıb.

Sonda xatirə şəkli çəkdirildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here