Bizimsesimiz.info  // Livan prezidenti Mişel Aun işğalçı İsrail rejiminin bu ölkənin 9 neft sahəsi barəsindəki iddialarına münasibət bildirib.

O, vurğulayıb ki, Livan iddiaların qarşısında dayanmaq üçün diplomatik addımlar atacaq.

“Lakin bəziləri sanki İsrail rejiminin neft sahələrimizi oğurlamaq cəhdlərinə razıdırlar. Oyanıq olub belə satqınları ifşa etməliyik və qarşılarını almalıyıq”, – deyə Mişel Aun diqqətə çatdırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl işğalçı İsrail rejiminin müharibə naziri Aviqdor Liberman Livanın 9 neft sahəsinin İsrail rejiminə məxsus olduğunu iddia etmişdi. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here