O, yeni tikilən yaşayış rayonunda olub

Türkmənistan prezidenti atla şəhər gəzintisinə çıxıb. İstiPress-in məlumatına görə, Qurbanqulu Berdimuhəmmədov Aşqabadda yeni yaşayış rayonun rəsmi açılış mərasiminə qatılıb.

Daha sonra o rəsmi geyimi dəyişərək, idman üslubuna keçib və ərazini atla gəzməyə başlayıb. Prezident binaların arasında at belində gəzib, ərazinə baxış keçirib.

Xatırladaq ki, Q.Berdimuhəmmədov bir neçə gün öncə Rusiya prezidentinə hədiyyəsi ilə gündəmə gəlmişdi. O, yubileyini qeyd edək dövlət başçısına küçük bağışlayıb. “Vernıy” (Doğru) qələbli albay cinsindən olan hədiyyə 65 yaşlı Putinin ürəyincə olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here