Tərkibində süddən 25 dəfə çox kalsium, ispanaqdan isə 10 qat daha artıq dəmir var. Şəkər xəstəliyinə xeyirlidir. Ucuz, hətta pulsuz olduğu üçün reklamı aparılmadığından çox adam onun faydalarından xəbərsizdir.
Qaynarinfo-nun məlumatına görə, bu möcüzəvi bitki tut yarpağıdır. Tutun meyvəsi qədər yarpağı da xeyirlidir. Tut yarpağından hazırlanan çay bir çox xəstəliklərin dərmanıdır.
Tut yarpağı çayı ekzema xəstəliyinin (dəri xəstəliyi) müalicəsində istifadə edilir. Qaraciyər xəstəlikləri üçün ondan gün ərzində 3 stəkan içmək tövsiyə olunur. Gündə 2 stəkan tut yarpağı çayı içmək bədənə güc və rahatlıq verir.
Aparılan araşdırmalar zamanı məlum olub ki, tut yarpağından hazırlanan gel fil xəstəliyi (bədənin hansısa hissəsinin həddindən artıq böyüməsi) üçün xeyirlidir. Həmçinin diş ağrıları zamanı onunla qarqara etmək ağrıları azaldır.
Tut yarpağı çayı necə hazırlanır?
Tərkibi: 2 yemək qaşığı qurudulmuş tut yarpağı və 1 litr su
Çayın dəmlənməsi qaydası: 1 litr qaynadılmş suyun içərisinə 2 qaşıq qurudulmuş tut yarpağı atılır və 2 saat qaynamağa qoyulur.
Xüsusilə yeməkdən öncə içilməsi tövsiyyə olunur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here