Bizimsesimiz.info // Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, 755 ABŞ diplomatı ölkəni tərk etməlidir.

“Report” xəbər verir ki, bunu o, Ümumrusiya Dövlət Televiziya və Radioyayım Şirkətinin aparıcısı Vladimir Solovyova müsahibəsində bildirib.

“O ki qaldı digər mümkün tədbirlərə və ya bunun çox və ya az olmasına, diplomatik idarənin işi baxımından bu kifayət qədər həssas məsələdir. Çünki Rusiyada mindən artıq əməkdaş – diplomat və texniki işçi – işləyirdi və hələ də işləyir, onlardan 755-i Rusiya ərazisində öz fəaliyyətini yekunlaşdırmalıdır”, — deyə Putin qeyd edib.

İyulun 27-də ABŞ Senatı Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qərar qəbul edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here