Bizimsesimiz.info  // “Rusiya daxili məsələlərlə məşğul olmalıdır. İt hürər, karvan keçər”.

Bizimsesimiz.info “Report”a istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qonaq Evində keçirdiyi görüşdə ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Konqresə təqdim olunan “Kreml siyahısı”na münasibət bildirərkən deyib.

O, Rusiya rəsmiləri və oliqarxlarını bu siyahıya əhəmiyyət verməməyə çağırıb: “Biz belə şeyləri yox, özümüzü, iqtisadiyyat və kənd təsərrüfatımızı, səhiyyəmizi, müdafiə qabiliyyətimizi düşünməliyik”.

V.Putin özünün adının “Kreml siyahısı”na düşməməsinə zarafatla münasibət bildirib: “Bu çox üzücüdür”.

Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin Konqersə təqdim etdiyi “Kreml məruzəsi”ndə Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here