Putin Azərbaycandakı səfirini geri çağırdı

Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin vəzifəsindən azad edilib.

Oxu.Az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Xatırladaq ki, V.Doroxin Rusiya prezidentinin 2009-cu il 24 fevral tarixli fərmanı ilə ölkəsinin Azərbaycandakı səfiri postuna təyin edilmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.