Putin suala “Quran”dan sitat gətirərək cavab verdi

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.

Ankarada səfərdə olan Kreml rəhbəri suala “Quran”dan sitat gətirməklə cavab verib:

“Türkiyədə olduğum üçün müqəddəs “Quran”dan bu sətirləri xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi”. Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır”.

Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir