Putin və Nazarbayev arasında görüş keçirilib

Bizimsesimiz.info // Astana danışıqları, Suriyadakı böhranın daha erkən həll olmasında təsirli olacaq. Bunu Rusiya prezidenti V.Putin deyib.

Prezident V.Putin, Rusiyanın Çelyabinsk şəhərində Qazaxıstan prezidenti Nursultan Nazarbayev ilə görüşüb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevə Astanada keçirilən danışıqlara dəstəyinə görə təşəkkürlərini bildirən Putin, Qazaq liderlə görüşünün məhsuldar olduğunu vurğulayıb. Rusiya ilə Qazaxıstan arasındakı əməkdaşlığın irəli pillələrə qaldırılması uğrunda lazımlı addımların atılmasına üstünlük vediklərini ifadə edən Putin, iki ölkənin startaji tərəfdaş olduğuna diqqət çəkib. Qazaxıstan ilə Rusiya arasındakı əlaqələrin dostluq, qardaşlıq, həmrəylik çərçivəsində irəli pillələrə qaldırıldığını, Astanada keçirilən danışıqların Suriya böhranına erkən həll yolu tapılmasına töhfə verəcəyini sözlərinə əlavə edib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.