Bizimsesimiz.info // Rusiya Xarici İşlər naziri Sergey Lavrov Almaniyanın Hamburq şəhərindəki G 20 Sammitində ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin görüşü nəticəsində iki ölkənin Suriyanın cənub-qərbində atəşkəs üçün razılığa gəldiklərini söyləyib: “Saziş Suriyanın cənub-qərbindəki Kuneytire və Dera şəhərlərindəki atəşkəsi əhatə edir və 9 iyulda Suriya ilə 12.00-da həyata keçəcək… Münaqişə bölgələri ətrafında təhlükəsizlik ABŞ və İordaniya ilə koordinasiyalı şəkildə Rusiya hərbi polisi tərəfindən təmin ediləcək… Bir neçə gün əvvəl Qazaxıstanın paytaxtı Astanada Humus və Ghouta ətrafındakı bölgələrə bağlı da razılığa gəlindi.

ABŞ dövlət katibi Reks Tillerson da söylənilənləri təsdiq edərək bildirib: “Bu razışalma ABŞ və Rusiyanın Suriyada birlikdə çalışacaqlarına dair ilk işarədir.”

İordaniya hökuməti də Suriyanın cənub-qərbində atəşkəs təmin edilməsi üçün ABŞ, Rusiya və İordaniya arasında razılaşmağa varıldığını bəyan edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here