Bizimsesimiz.info  // Rusiya prezidenti Vladimir Putin yeni silahların uzun illər boyu və çətin şəraitdə inkişaf etdirildiyini bildirib.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) üzvlərilə bu gün iclas edən V.Putin deyib: “1 martda Federal Məclisdə çıxışım zamanı Rusiyanı qorumaq, strateji müvazinəti təmin etmək və beynəlxalq təhlükəsizliyi möhkəmləndirmək üçün inkişaf etdirilən yeni texnologiya və sistemlərdən bəhs etdim. Bu müasir texnologiyalar üzərində işlər uzun illər sürdü, minlərlə insan, yüzlərlə layihə, tədqiqat və sənaye struktur qrupları cəlb olundu. Sonda istədiyimiz nəticəni qazandıq”.

Rusiyalı lider FSB üzvlərini bu məsuliyyət, çətin vəzifə uğurları və yeni silah inkişaf etdirmə fəaliyyətləri münasibətilə təbrik edib.

Xatırladaq ki, Putin bundan əvvəlki Federal Məclisindəki çıxışında Rusiya ordusunun məğlubedilməz raket başlıqları və bənzərsiz silahlar inkişaf etdirdiyini söyləmişdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here