Azərbaycan idmançısı Patrik Braxnerin Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarında start xəttinə çıxacağı gün və saat məlum olub. 

Bizimsesimiz.info apasport.az-a istinadən xəbər verir ki, “Ağ Olimpiada”da yeganə təmsilçimiz ilk cəhdini fevralın 18-də edəcək.

Həmin gün nəhəng salolom yarışları baş tutacaq. Mübarizəyə start Bakı vaxtı ilə saat 05:15-də veriləcək. Lakin sıralamanın nəticəsinə əsasən Braxner Olimpiadaya 3,5 saat sonra da qoşula bilər.

Milliləşdirilmiş avstriyalı slalom yarışlarında isə fevralın 22-də qüvvəsini sınayacaq. Bu dəfə də idmançılar start xəttinə 05:15-də çıxacaqlar.

Qeyd edək ki, Braxner Azərbaycan millisinin heyətində Soçi-2014-də də yer alıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here