Pxenyan: “Yer kürəsinin istənilən nöqtəsinə zərbə endirə bilərik”

Bizimsesimiz.info hurriyyet.org saytına istinadən xəbər verir ki, Şimali Koreya onun raketlərinin yer kürəsinin istənilən nöqtəsinə zərbə endirə biləcəklərini bəyan edib. Koreya Xalq Ordusu günündə bu barədə material ölkənin mərkəzi partiya qəzetində dərc edilib. Qəzet yazır: Koreya Xalq Ordusunun strateji qüvvələri nə vaxt istəsə, dünyanın istənilən hissəsinə zərbə endirə bilər”. Yazılana görə,yüz zərbədən yüzü də uğurlu olaracaq, çünki sürətli mobil zərbə qurğuları sayəsində bu raketləri aşkar eləmək mümkünsüzdür.

Koreya Əmək Partiyasının mətbuat orqanı bu mövzudan bəhs edərkən, ən müasir ballistik raketlərin – orta mənzilli “Hvason-12” və orta hərəkət radiuslu “Pukkıkson-2”, həmçinin “yer-gəmi” tipli qanadlı raketlərin uğurlu sınaqlarını da xatırladıb.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir