PYD ilə əməkdaşlığımız davam edəcək- Pentaqon
Bizimsesimiz.info // Pentaqon PKK-nın qolu olan PYD ilə iş birliyini davam etdirəcək.
Bu barədə “Haberturk” xəbər yayıb.
Məlumata görə, ABŞ-ın Müdafiə Nazirliyi PYD ilə iş birliyini davam etdirmək niyyətindədir. Belə ki, hərbi qurum kürd separatçılarına hərbi yardımın nəzərdən keçirdiyini açıqlayıb.
Bununla yanaşı, PKK-nın digər qoluna da silahların verilməsinin məhdudlaşdırıldığı bildirilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl PKK-nın Suriya qolu sayılan YPQ-ə silah-sursatın verilməyəcəyinə dair qərar qəbul edib. // APA