Qəddafinin oğlu Liviyanı xilas etmək üçün siyasətə geri qayıdır
Bizimsesimiz.info // Liviyanın iğtişaşlarla devrilmiş keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfulislam Qəddafi Liviyanı qurtarmaq üçün siyasətə geri dönmə qərarı alıb.
“Sputnik”-ə müsahibə verən Qəddafi ailəsinin vəkili Xalid əl Zaidi, “Liviyadakı mövcud vəziyyət, dialoq əksikliyi və gedişata istiqamətli anlaşmazlıqlar Seyfülislam Qəddafinin siyasətə geri dönməsini və ölkədəki tərəflər arasında siyasi həll tapmaq işini labüd edir”, -deyə söyləyib.
Qəddafinin oğlunun ölkəni tərk etdiyinə dair xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edən Zaidi, Qəddafinin ölkədəki liderlərlə, fərqli qəbilələrin nümayəndələriylə ünsiyyətdə olduğunu və davam edən böhran üçün siyasi həll tapmağa çalışdığını vurğulayıb.
Zaidi, “Liviyalıların hamısı silaha sahibdir və bütün qəbilələrin möhkəm silah ehtiyatları var. Seyfulislam sıravi liviyalıların terrorla mübarizə aparma və ölkədə sabitliyi təmin etmək səylərinə güvənir. Qəbilələrin çoxu Qəddafinin hərəkətə keçməsini gözləyir. Xalqın böyük hissəsi üçün tək ümid oğul Qəddafinin oğludur”, -deyə qeyd edib. //eastnews.org