Qədim Misirin ən gənc Fironunun 4 sirri – Valideynləri bacı-qardaş çıxdı
Bizimsesimiz.info // İyul ayının əvvəllərində bir arxeoloq qrupu Misirin Krallar Vadisində daha əvvəl bilinməyən bir məzar tapıb. Bu məzar Kral Tutankamonun arvadı Ankhesenamuna aid ola bilər. Ancaq məsələ ilə bağlı verilməsi gərəkən hələ də bir çox sual var. Bu məzar Ankhesenamunun birinci əri Tutankamonun qəfil ölümündən sonra evləndiyi Firon Ayın məzarının yaxınlığında yerləşir. Kraliça ikinci evliliyindən qısa müddət sonra tarixi izlərdən silinib və əgər bu onun məzarıdırsa, sirrləri gün üzünə çıxara bilər.
Tutankamonun arvadının taleyi bəlkə də Antik Misir tarixindəki ən məşhur kral olan Tutankamonu əhatə edən yeganə sirr deyil. Məzarının İngilis arxeoloqu Hovard Karter tərəfindən kəşf edilməsindən təxminən bir əsr sonra belə hələ də Tutankamonun hökmdarlığı, nəsli və necə öldüyü haqqında cavabsız çox sual var.
1. Sirli ölüm
Kral Tut (Tutankamon) öləndə 19 yaşında idi. Bu vaxtsız ölümünün səbəbi üzərində çox sayda araşdırma aparılıb, ehtimallar irəli sürülüb. Ehtimallar arasında, ən yaxın məsləhətçiləri tərəfindən sui-qəsdə məruz qalmasından tutmuş bir döyüş arabası qəzasına və ya malyariya kimi bir xəstəlikdən, genetik sümük problemlərinə (yəqin ki, ana atasının yaxın qohum olması səbəbindən) qədər müxtəlif firkirlər var. Hətta, bəzi elm insanları kralın öləndə bir neçə sınıq qabırğaya malik olmasını və ürəyinin mumyalanmamasını ov zamanı bir vəhşi heyvan təcavüzü nəticəsində sinəsindən almış olduğu güclü zərbələrlə əlaqələndirirlər. Mumiyanın pis vəziyyətdə və yaxşı qorunmamış olması səbəbindən elm insanlarının Kralın ölümünə səbəb olan hadisə haqqında 100% əmin olması mümkün deyil.
2. Kral Tutun ana və atası
Tutankamonun Firon Akhenaten və kralın ikinci həyat yoldaşlarından biri olan Kraliça Kiyanın oğlu olduğuna inanmaq qeyri-müəyyənliyi davam etdirir. 2010-ci ildə nəşr olunan və Kral Tutun mumiyasından alınan DNT nümunəsinin təhlilinə əsaslanan bir tədqiqatda valideynlərinin bacı-qardaş olduqları ortaya çıxıb.
Bununla yanaşı, bəzi arxeoloqlar bu fikrə qatılmır və əsasən ögey anası adlandırılan Kraliça Nefertitinin əslində onun anası ola biləcəyini düşünürlər. Nefertiti isə Akhenatenin bacı yox, əmisi qızıdır.
3. Nefertiti ilə eyni məzarı bölüşdürmək
Ötən bir neçə ildən bəri arxeoloqlar arasında Kral Tutun məzarının gizli otaqları olması barədə intensiv müzakirələr gedir. Məzarın içində aparılan axtarışlar və təhlillər əslində məzarın şimal və qərb divarlarının arxasında boşluqlar olduğunu iddia etmiş, lakin bəzi elm insanları bunun gizli hissələrin varlığını təsdiqləmək üçün yetərli dəlil olmadığını düşünürlər.
Bununla yanaşı, verilən açıqlamalar da olduqca maraq görür, çünki gizli otaqlar həqiqətən orada olarsa, onlardan biri Tutankamonun ögey anası Kraliça Nefertitinin məzar otağı ola bilər. Nefertitinin qalıqları hələ ki, tapılmayıb və bu hələ də Qədim Misirin ən böyük sirrlərindən biridir.
4. Meteorit daşından hazırlanmış sirli xəncər
Tutankamonun məzarında bir çox qiymətli əşya aparıb. Ancaq, bu dəyərli əşyalar arasında elm insanlarını heyrətlndirən ən mühüm tapıntı meteorit dəmirdən düzəldilmiş qiymətli xəncərdir. Çünki qədim misirlilərin dünyada bol miqdarda dəmir olduğu halda xəncərin metal hissəsi üçün qeyri-adi bir mənbədən istifadə etməsi olduqca qəribədir.
Qədim misirlilərin Tanrıların məkanı olan göy üzündən gələn daşlar içərisində dəmir ola biləcəyini bilməmələri də mümkün ola bilər. Xüsusilə bu meteoritlər çox az olduğu üçün qədim misirlilər üçün simvolik əhəmiyyəti ola bilər. Nəticə olaraq, dəmiri ilahi bir material olaraq gördüklərindən onu gündəlik işlərdə istifadə etmək əvəzinə, sadəcə firon kimi yüksək statuslu insanlar üçün ayırmış ola bilərlər. (moderator.az)