Qərb Suriyadakı neft-qaz resurslarını ələ keçirməyə çalışır – Deyr əz-Zor qubernatoru
Bizimsesimiz.info // Qərb dövlətləri İŞİD terror təşkilatları ilə mübarizə bəhanəsilə Suriyada neft-qaz resursları üzərində nəzarəti ələ keçirməyə çalışır.
SalamNews xəbər verir ki, bu barədə Deyr əz-Zor vilayətinin qubernatoru Məhəmməd əs-Samra “RİA Novosti”yə müsahibəsində bildirib.
“ABŞ liderliyindəki koalisiyadan danışarkən qeyd etmək lazımdır ki, onların yeganə məqsədi həqiqətləri ictimaiyyətdən gizlətməkdir. Ancaq pərdə yavaş-yavaş aralanır. Əsas məqsəd Suriya iqtisadiyyatına nəzarətdir, ilk növbədə neft və qaz ehtiyatları üzərinə nəzarəti ələ keçirməkdir”,- deyə qubernator bildirib.
Qubernator həmçinin qeyd edib ki, hazırda Deyr əz-Zorun şimalında yerləşdirilən “Suriya Demokratik Qüvvələri” ABŞ-ın maraqlarına uyğun fəaliyyət göstərir: “Bu, sirr deyil”.