Bizimsesimiz.info // Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzində Qərbi Kaspi jurnalının təqdimatı keçirildi. Tədbirdə dünyada və bölgəmizdə baş verən siyasi hadisələr, onların Azərbaycana təsiri təhlil edilərək dəyərləndirildi.

Əvvəlcə, təqdimatı açıq elan edən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu tədbirin əhəmiyyətindən və jurnalın ilk nömrəsinin təqdimatından danışdı. Bildirdi ki, təmsil olunduğu qurum dünyanın müxtəlif ölkələrindəki siyasi hadisələr haqqında proqnoz verən Azərbaycanın ilk strateji araşdırma mərkəzidir. Bu açılış çıxışından sonra sözü İtaliya mövzusunu araşdıran gənc analitik Turan Rzayevə verdi. Turan bəy ölkəmizin İtaliya ilə əlaqələrini Qarabağ problemi prizmasından dəyərləndirərək, İtaliyanın ATƏT-in həmsədr ölkəsi kimi bu məsələdə öz töhfəsini verə biləcəyinə ümid etdiyini bildirdi. Belə ki, respublikamızla adı çəkilən ölkə arasında ikitərəfli mədəni əlaqələrin olması Qarabağ probleminin İtaliya ictimaiyyətində tanıdılmasında əhəmiyyətli rol oynayacağına inandığını dedi. Bundan başqa TANAP kimi böyük iqtisadi layihədə İtaliyanın çox strateji yerə sahib olduğunu da qeyd etdi.

Daha sonra çıxış üçün söz alan Qadir Kazımov Qarabağ münaqişəsinin aprel döyüşlərinə qədər və aprel döyüşlərindın sonrakı vəziyyətini təhlil edərək, ordumuzun döyüş hazırlığının Ermənistanın ümidlərini puç etdiyini bildirdi.

Daha sonra politoloq Nəzakət Məmmədova çıxış edərək tədbirin keçirilməsini təqdir etdi. Öz təkliflərini verdi. Bildirdi ki, ABŞ kimi böyük ölkələrdə yüzlərlə strateji araşdırma mərkəzləri vardır ki, bunların hökumətə təsiretmə imkanları mövcuddur. Bu vəziyyətin bizdə də olması arzuolunan haldır. Bu sahədə gənclərin potensialından yararlanması çox səmərəli və mütərəqqi nailiyyət kimi qəbul olunmalıdır. Sonda tədbir iştirakçılarını bu yeniliyə imza atmaları münasibətilə təbrik etdi.

Növbəti natiq Elnur Eltürk mərkəzin ekspertlərinin gənc olmasına baxmayaraq çalışmalarını və belə bir dərginin buraxılmasını təqdir etdi. Bu dərginin idarə heyətinin üzvü kimi görüləcək işlərə daim dəstəyinin olacağını ifadə etdi.

Eurosiadiary.com saytının rəhbəri Gülnar xanım mərkəzlə və dərgi ilə bağlı öz səmimi təbriklərini bildirdi. Saytın mərkəzin fəaliyyətini daim diqqətdə tutacağını söylədi.

Daha sonra çıxış üçün söz Zeynalabid Əmrəliyevə verildi. Qarabağ və Ermənistanın daxili siyasi vəziyyəti mövzusu üzərində çıxış edən Zeynal bəy Azərbaycan xalqının qanlı düşməni Daşnaksütyun partiyasının lideri Serj Sarkisyanın öz hakimiyyətini davam etdirmək üçün baş nazir vəzifəsini ələ keçirdiyini və prezident postuna öz adamını gətirdiyini söylədi. Bununla yanaşı, natiq öz çıxışında Sarkisyanın kütləvi iğtişaşlar zamanı öz xaĺqına da divan tutduğunu söylədi. Bu iğtişaşların səbəblərindən biri kimi Ermənistan və Qarabağ ermənilərinin arasındakı narazılığın daha da dərinləşməsini qeyd etdi.

Yadigar Nağıyev Türkiyə və Yaxın Şərq mövzusu üzərində çıxış edərək bildirdi ki, bölgədəki əsas məsələlərdən biri sivilizasiyalar arasında baş verən toqquşmalardır. Bu konfliktin tarixi səlib yürüşlərinə qədər gedib çıxır. Osmanlı sultanı ll Əbdülhəmidin dövründən etibarən bu prosses daha da sürətlənib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra bu özünü daha çox göstərmişdir. Yəhudi və xristian bloku burada dağıdıcı fəaliyyətiylə seçilirdi. Hazırda Türkiyə İslam dünyasında nüfuzunu getdikcə gücləndirir. Avropa Türkiyənin əlindən baş rol “oyunçuluğunu” almaq istəyir. Sərmayə yatırımı burada əsas silah rolunu oynayır. Səudiyyə bu məsələdə önə çıxmaqdadır ki, bu da İsrailə sərf edir. İran Rusiyaya meyl etmək istədiyinə görə, İranın yerinə Səudiyyəni Avropa özünə tərəfdaş qismində görməyə başlayıbdır.

Rusif Məmmədov hər kəsi salamladıqdan sonra sözünə davam edərək Suriyada ABŞ və Rusiyanın fəallığına diqqəti çəkdi. Onun sözlərinə görə, Suriyada Ərəb Baharının məntiqi ortaya çıxdı. Bunun əsas səbəbi BOP (Böyük Yaxın Şərq Layihəsi) idi. Bu layihənin tərkibinə Türkiyınin parçalanması da daxildir. Bundan başqa, ABŞ Rusiya ilə toqquşmadan qaçır. Türkiyəyə gəlincə, o Afrin əməliyyatından sonra öz iqtisadi stabilliyini qoruyub-qorumayacağı maraq doğuran məsələlərdəndir.

Beləliklə, tədbir maraqlı disskusiyya şəraitində keçdi. Sonda xatirə şəkli çəkildi.

Taleh Hüseynli

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here