“Yaxın Şərq yeni münaqişələr, böhranlar yaratmaq qabiliyyəti ilə dünyanı təəccübləndirməkdə davam edir”. 

Bizimsesimiz.info enter.news- a saytına istinadən xəbər verir ki,bu barədə İtaliyanın nüfuzlu “La Repubblica” qəzeti yazır.

“Bu dəfə 8 ərəb ölkəsi Qətərlə münasibətləri kəsib. Amma budəfəki böhran yalnız diplomatik bəyənatlarla kifayətlənmir, iqtisadi münasibətlərin dayandırılmasını da ehtiva edir”.

Qəzet ekspertlərinin fikrincə, boykot qərarının əsas təşkilatçısı olan Səudiyyə Ərəbistanının arqumentləri kəskin olduğu qədər də, problemlidir. Belə ki, səudlar Qətəri regionda stabilliyi pozmağa çalışan qruplaşmalara dəstək verməkdə ittiham edir.

“Hizbullah”, “Müsəlman qardaşları” və “İŞİD”ə yardımda ittiham olunan Qətər İrana yaxın təşkilat və fondlarla əməkdaşlığa görə də tənqid olunur.

“La Repubblica” yazır ki, Səudiyyə Ərəbistanının iddalarının arxasında başqa maraqlar dayanıb.

“Arqumentli ittihamlar arasında “Həmas” və “Müsəlman qardaşları” təşkilatına verilən dəstək dayanır. ABŞ-dan da çox Misirə və onun çökmüş iqtisadiyyatına dəstək olan Səudiyyə Ərəbistanı devrilmiş “Müsəlman qardaşları”nın hazırki prezident – general Əl-Sisiyə təhlükə törədəcəyini nəzərə alaraq, onu dəstəkləmək qərarına gəliblər”.

Qəzet Qətərlə bağlı qalmaqalda daha 2 əsas səbəbi göstərir.

“Diplomatik müharibənin daha bir səbəbi “Al Jazeera” telekanalına olan dərin nifrətlə bağlıdır. Qətərdən yayımlanan və yalnız bu ölkənin maliyyəsi hesabına ayaqda qalan “Al Jazeera” digər ərəb ölkələrinin fikrincə, daxili sabitliyi pozur və tənqidi reportajları ilə təxribat törədir”.

“Təbii ki, Səudiyyə Əərbistanı Trampın səfərindən sonra Qətərlə münasibətləri daha da sərtləşdirmək üçün əlində “kozır” olduğunu düşünür, amma Fars Körfəzininin Ərəb Ölkələrinin Şurasında parçalanma və dünya gücünün əsas hərbi bazasının yerləşdiyi “Əl-Udeyd” bazasının təhlükə altına düşməsini istəmir.

Sonda “La Repubblica” dünya maliyyə bazarında önəmli paya sahib Qətərin bir çox ölkələrdə investisiya yatırımının olduğunu və bu ölkəyə qarşı addımların iqtisadi və siyasi sabitliyi pozacağını qeyd edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here